Günəş: "Bir sürpriz və möcüzə varsa, onu etməyə çalışacağıq"

Türkiyəni Çempionlar Liqasında təmsil edən "Beşiktaş" bu gün turnirin 1/8 final mərhələsində səfərdə "Bavariya" ilə qarşılaşacaq.

 

Sportinfo.az xəbər verir ki, oyundan öncə İstanbul klubunun prezidenti Şenol Güneş mətbuat konfransında matçla bağlı düşüncələrini səsləndirib:

 

"Bavariya" bu mövsüm evində uduzmayan komandadır. Beynəlxalq arenada çıxış edən ən yüksək səviyyədə olan klubdu.

 

Qrup oyunlarında öz oyunumuzu nümayiş etdirərək nəticə qazanmağa çalışdıq. Sabah da elə olacaq. Vurduğumuz qol və qollar bizə üstünlük yaradacaq.

 

Bu çətin olacaq, amma öhdəsindən gəlməyi bacaracaq heyətimiz var. Futbolda hər şey baş verə bilər. Bir sürpriz və möcüzə varsa, onu etməyə çalışacağıq. Ümid edirəm ki, uğurlu çıxış edəcəyik".

Tarix: 20 Fevral 11:12    Oxunub: 103    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.