"Transferi düşünmürəm, böyük klublar həmişə böyük olaraq qalır"

“Bavariya”nın hücumçusu Robert Levandovski Çempionlar Liqasından danışıb.

 

Sportinfo.az xəbər verir ki, polşalı forvard Almaniya mətbuatına açıqlamasında Münhen təmsilçisinin qitənin ən nüfuzlu klub turnirinin əsas favoritlərindən olduğunu deyib:

 

“Mançester Siti” turnirin ən böyük favoritlərindən biridi. “Real”, “Barselona” və “Bavariya”da favoritlər arasındadı. Böyük klublar həmişə böyük olaraq qalır”.

 

Levandovski daha sonra yayda “Real”a keçəcəyi barədə iddialara da münasibət bildirib: “Hazırda transfer barədə düşünmürəm.

 

“Bavariya”nın futbolçusuyam və bu komandanın uğur qazanması üçün əlimdən gələni edəcəm. Hazırda yalnız bu barədə düşünürəm”.

Tarix: 19 Fevral 17:36    Oxunub: 181    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.