"Kəpəz" bazada təmiri və meydança tikintisini yaya saxladı

«Meydançaya rəng çəkilməyib. Hər gün bura mütəxəssislər tərəfindən qlluq olunur, müxtəlif gübrələr səpilir».

 

«Kəpəz»in mətbuat xidmətinin rəhbəri Azad Mustafayev Sportinfo.az-a açıqlamasında belə deyib və «Keşlə» ilə oyundan öncə qazonun rənglənməsi barədə yayılan xəbərləri təkzib edib.


Onun sözlərinə görə, ot örtüyünün nisbətən saralması meydançanın istilik sistesmi ilə təmin olunmasasından irəli gəlir:

 

«Hava bir qədər istiləşəndən, tempratur 20 dərəcəni keçəndən sonra qazon tamamilə qaydasında olacaq. İndi havalar çox soyuq və yağışlı keçir.

 

Mütəxəssislər də deyir ki, istilik sistemi quraşdırılmayıbsa, ot belə də olmalıdı. Bir müddət sonra meydança yenə yaydakı vəziyyətini alacaq.

 

Havaların düzəlməsini gözləyirik, ondan sonra yuxarı meydançanın salınması istiqamətində işlər tamamlanmalıdı.

 

Düzdü, işlər müəyyən fasilələrlə davam edir. Ancaq planda var ki, biri təbii, biri də süni qazondan ibarət iki yardımçı meydança salaq. Hazırda bazadan istifadə olunduğundan, burda aparılacaq təmir işləri yaya saxlanılıb».

Tarix: 19 Fevral 17:24    Oxunub: 343    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.