Karlo Ançelotti Fransada yox, İngiltərədə işləmək istəyir

“Bavariya”nın sabiq baş məşqçisi Karlo Ançelottinin PSJ-də çalışacağı ilə bağlı məlumat yayılıb.

 

Sportinfo.az xəbər verir ki, Ançelotti Paris klubunda işləmək niyyətində deyil.

 

Bu barədə iddianı “Mirror” yayıb. Məlumata görə, italyan mütəxəssis PSJ-nin təklifini geri çevirib. O, yayda məşqçilik fəaliyyətini bərpa etmək niyyətindədi.

 

Ancaq Ançelotti Fransada yox, İngiltərədə işləmək istəyir. Onun yenidən “Çelsi”də çalışacağı da istisna olunmur. “Çelsi”nin hazırkı baş məşqçisi Antonio Konte ilə klub rəhbərliyinin münasibətləri gərgindi.

 

Ançelotti “Çelsi”də işləyərkən Premyer Liqanın qalibi olub, İngiltərə kubokunu və Liqa superkubokunu qazanıb.

Tarix: 19 Fevral 17:00    Oxunub: 116    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.