Tural Axundov: "Mən simulyant deyiləm"

«Mən simulyant deyiləm » - bu sözləri Sportinfo.az-a açıqlamasında «Sumqayıt»ın müdafiəçisi Tural Axundov deyib.

 

Premyer Liqanın 16-cü turu çərçiəvsində keçirilən «Sumqayıt» - «Neftçi» matçı böyük səs-küy doğurdu.

 

«Kimyaçılar»ın prezidenti Kamran Quliyevin iş yerini əks düşərgəyə dəyişməsinin yaratdığı rezonansı qoyaq bir kənara, iki komandanın futbolçuları arasında əsl gərginlik yaşandı.

 

Tural Axundovun Anton Krivotsyukla ikili mübarizədən sonra yerdə qalması İnqilab Məmmədovun penalti təyin etməsi ilə nəticələndi.

 

Səbəbkarın dəqiq vuruşu ilə hesabı açan ev sahibləri daha sonra Rəşad Sadiqovun kobud səhvindən yararlanıb, fərqi artırdı və axıradək bu üstünlüyünü qorudu. 


Maraqlıdı ki, ötən yay «Kəpəz»i «Sumqayıt»a dəyişmiş Axundov «Neftçi» ilə ikinci dövrənin səfər matçında da oxşar epizodun işirakçısı olub və penalti alıb.

 

Həmin görüşdə də penaltini qola çevirən müdafiəçinin bildirdiyinə görə, o, hər iki halda kobudluğa məruz qalıb:

 

«Bunu həmin epizodlara baxıb görmək olar. Keçən dəfə İqnasio Errera, bu dəfə də Anton Krivotsyuk ayağıma zərbə endirdi. Təmiz penalti idi, ikinci söhbət ola bilməz. Bizim «Neftçi» ilə oyunlarımız həmişə gərgin keçir.

 

Xeyr, bu oyunlara başqa cür hazırlaşmırıq. Ümumiyyətlə, rəqiblər arasında fərq qoymuruq. Hər dəfə oyundan qabaq uşaqlar yığışır, bir-birimizi motivasiya edirik. Heç bir oyuna uduzmağa çıxmırıq. Hər tur istəyirik ki, qələbə qazanaq.

 

Prezident dəyişikliyinin heç bir mənfi təsiri olmamışdı bizə. Hamımız futbolçuyuq, bizim üçün fərqi yoxdu ki, kim gəlir, kim gedir. Çıxıb öz oyunumuzu oynamaq, qələbə qazanmaq işimiz və borcumuzdu».

Tarix: 19 Fevral 16:36    Oxunub: 406    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.