"Qəbələdə məni heç kim döyməyib! Kimə şikayət edəcəm ki?

"Qəbələdə məni heç kim döyməyib. Bu, şişirdilmiş məlumatdı.

 

Oyundan sonra paltardəyişmə otağımızın qarşısında mübahisə oldu. Bu da normaldı.

 

Belə hadisələr futbolda baş verə bilər. "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov da orda idi. Onunla bu barədə danışdıq. Heç bir problem yoxdur".

 

Sportinfo.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Ayxan Abbasov "Qəbələ" ilə səfər matçından sonra döyüldüyünə dair iddialara aydınlıq gətirərkən deyib.

 

Gənc mütəxəssis 1:2 hesabı ilə uduzduqları qarşılaşmanın ardından meydanda futbolçular arasında gərginliyin baş vermə səbəbini belə izah edib (report):

 

"Futbolçumuzun dediyinə görə, rəqib irqçi ifadələr işlədirdi. Bu, onların öz aralarındakı mübahisə idi. İki futbolçunun söhbəti bir az böyüdü. Mən dediyimin üstündə dururam. Yenə də deyirəm: Ruslan Qurbanov oyun ərzində bizim futbolçunu təhqir edirdi.

 

Hətta o, irqçi ifadələr işlədirdi. Futbolçular da bunu təsdiqləyir. Ona görə də əsəbiləşmişdilər. Mən öz futbolçularıma tapşırdım ki, nə olsa belə, səbrli olmalıyıq. Amma bəzi sözləri özüm də eşitmişəm. Əminliklə deyə bilərəm ki, bizim futbolçulara söyüş söyülüb".

 

Abbasov irqçi ifadələrin işlədilməsinin FİFA və UEFA tərəfindən də qadağan edildiyini xatırladıb. O, belə hallarla gündəmdə olmaq istəmədiklərini bildirib:

 

"İnsanı rənginə görə təhqir etmək olmaz. Onlar peşəkar futbolçulardır və bir-birilərinə hörmət etməlidirlər. Oyunlar gərgin keçir. Sərt mübarizələrin də şahidi oluruq. Amma kimisə təhqir etməyə heç kimin ixtiyarı yoxdu.

 

Çünki bu, belə hadisələrə gətirib çıxarır. Biz istəmirik ki, belə hallarla gündəmdə olaq. Heç vaxt belə hallara görə gümdəmdə olmamışıq. Məğlub olanda da rəqibi təbrik edirik".

 

Bununla belə, "Zirə"nin baş məşqçisi Peşəkar Futbol Liqasına (PFL) şikayət ünvanlamayacaqlarını söyləyib:

 

"Futbolçuya cəzanı AFFA və PFL verməlidi. Mən cəza verən deyiləm. Hər şey görünür. Oyun da canlı yayımlanırdı. Mənim deməyimə ehtiyac yoxdur.

 

Kimə şikayət edəcəm ki? Heç bir şikayətim yoxdu. Bunu hamı görür. Qəbələdə PFL-in də əməkdaşı var idi. O işlərə mən baxmıram".

Tarix: 19 Fevral 15:36    Oxunub: 281    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.