Həkimlər Hacıyevin ürəyini bərpa etməyə çalışsa da, nəticəni əldə edə bilmir

AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin səhhətində heç bir dəyişiklik yoxdur.

 

Sportinfo.az xəbər verir ki,  bu barədə "report"a AFFA komitənin sədri Vaqif Sadıqov məlumat verib.

 

O bildirib ki, "Neftçi" və "Bakı"nin sabiq baş məşqçisi hələ də "Modern Hospital"n reanimasiya şöbəsindədir.

 

Onun sözlərinə görə, həkimlər onun ürəyini bərpa etmək üçün çalışsalar da, istədikləri nəticəni əldə edə bilmirlər.

 

Sədr B.Hacıyevin ürəyinə qan dövranının hələ də 20 faiz daxil olduğunu və səhhətindəki digər problemlərin ürəyin bərpasına mane olduğunu söyləyib.

 

V.Sadıqov həmçinin komitə üzvünün səhhətinin AFFA-nın diqqətində olduğunu sözlərinə əlavə edib.

 

Böyükağa Hacıyev fevralın 8-də infarkt keçirib. Onun ürəyinə Mərkəzi Klinik Xəstəxanada iki stend qoyulub.

Tarix: 19 Fevral 14:48    Oxunub: 305    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.