"Ciddi bir şey olduğunu düşünmürəm, bir neçə günə..."

İspaniya La Liqasının 24-cü turunda səfərdə “Betis”ə qalib gələn (5:3) “Real” itkiylə üzləşib.

 

Sportinfo.az xəbər verir ki, “kral klubu”nun müdafiəçisi Marselo sıradan çıxıb.

 

Braziliyalı matçın 28-ci dəqiqəsində zədələnərək Teo Hernandeslə əvəzlənib. İspaniyanın “Marka” nəşri futbolçunun zədəsinin ciddi ola biləcəyi barədə məlumat yayıb.

 

Xəbərdə Marselonun hətta Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə cavab oyununu buraxa biləcəyi vurğulanıb.

 

Madrid təmsilçisinin baş məşqçisi Zinəddin Zidan isə futbolçunun zədəsi barədə “Ciddi bir şey olduğunu düşünmürəm. Bir neçə günə hər şey bəlli olacaq” deyib.

 

PSJ - “Real” oyunu martın 6-da keçiriləcək. Bu komandalar arasında “Santyaqo Bernabeu”da keçirilmiş ilk oyun “kral klubu”nun 3:1 hesablı qələbəsi ilə nəticələnib.

Tarix: 19 Fevral 14:24    Oxunub: 152    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.