Olimpiadadan qaçdığı deyilən təmsilçimiz barədə AÇIQLAMA

Azərbaycanı Pxençxan Qış Olimpiya Oyunlarında təmsil edən Patrik Braxnerin yarışlara çıxmayaraq qaçdığı barədə 2 gündü sosial şəbəkələrdə informasiya yayılıb.

 

Sportinfo.az xəbər verir ki, xizəkçinin dünən nəhəng slalom növündə oyunlara qatılmaması da şübhə yaradıb.


“Qafqazinfo”ya açıqlama verən Pxençxan Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin şef-de-missionu Anar Bağırov məsələyə aydınlıq gətirib.

 

O bildirib ki, Braxner nəhəng slalom növündə yarışlara əvvəlcədən də qatılmamalı imiş: “Patrik nəhəng slalom yarışlarında çıxış etməməli idi.

 

O, yalnız bir idman növündə mübarizə aparacaq. Çünki ona lisenziya dağ xizəyi üzrə verilib və burda da Braxnerin seçim etmək şansı var.

 

Düzdü, istəsəydi, nəhəng slalomda çıxış edə bilərdi. Amma burda heç şans yox idi və yaxşısı slalom yarışlarıdı.

 

Bu, özü üçün də rahat olacaq. Özünü cəmləyib ki, slalomda medal qazanacaq. Əvvəl xəstə idi. Xəstəxanaya getdik və hər şey qaydasındadı.Səhhətində heç bir problem yoxdu. Burda hava da əladı”.

 

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən “report”a verilən məlumata görə, bu, 26 yaşlı idmançının yalnız slalom yarışına köklənmək istəyilə əlaqədardı.

 

Avstriyalı legioner bunu böyük slalomun slaloma nəzərən daha çətin yarış olması ilə əlaqələndirib. Fevralın 22-də keçiriləcək slalom yarışına ümumilikdə 102 idmançı sifariş olunub.

 

Tarix: 19 Fevral 13:12    Oxunub: 270    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.