Amandı, Azərbaycan futbolunda belə hadisə baş verməsin – VİDEO+FOTOLAR

Braziliya çempionatı çərçivəsində baş tutan “Vitoria” – “Bahia” oyununda futbolçular arasında kütləvi dava düşüb.

 

Sportinfo.az xəbər verir ki, oyunun 50-ci dəqiqəsində “Bahia”nın vurduğu qol qalmaqalın yaşanmasına səbəb olub.  

 

Belə ki, “Bahia”nın ulduzlarından sayılan Vinisius Barbosanın vurduğu qoldan sonra çılğın şəkildə sevinməsi “Vitoria”nın futbolçularını əsəbiləşdirib. 

 

Oyunçular arasında münaqişənin böyüməsinin ardından matçın baş hakimi “Vitoria”nın 3, “Bahia”nın 4 futbolçusuna qırmızı vərəqə göstərib.

 

Oyunun  davamında "Vitoria"nın daha iki futbolçusu qırmızı vərəqə alıb və qaydalara əsasən, matç təxirə salınıb. 

 

Tarix: 19 Fevral 13:00    Oxunub: 227    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.