“Neftçi”nin oxu 3 dəfə daşa dəymiş prezidenti indi nə edəcək?

“Neftçi” istefa verən prezidenti Orxan Hüseynzadənin rəhbərliyi dövründə 18 oyun keçirdi.

 

2017-ci iyulundan bu postda olan sabiq klub rəhbəri komandasının 15 çempionat və 3 kubok matçını izlədi.


“Ağ-qaralar” bu qarşılaşmaların yarısında – 9 dəfə uduzdu. 8 qələbə görən sabiq prezident cəmi 1 heç-heçəyə şahidlik etdi. Bu müddətdə bakılılar 25 qol vurub və 17-ni buraxdı.


Premyer Liqadakı 15 matçda 6 qələbə qazanıb, 1 heç-heçə edib, 8 dəfə uduzan “Neftçi” Hüseynzadə ilə başladığı mövsümdə 5-ci sırada qəralaşıb. Paytaxt təmsilçisi rəqib qapılarına 18 top vurub və 16-nı buraxıb.


Kubokda 1/8 və 1/4 final sədlərini adlayan “ağ-qaralar” 3 qarşılaşmada 2 qələbə qazanıb, 1 dəfə meydanı məğlub tərk edib. Bu matçlarda 7 qol vuran paytaxt təmsilçisi 1 top buraxıb.


Hüseynzadə bir müddət Müşahidə Şurası tərəfindən idarə olunan “Neftçi” tarixinin 7-ci prezidentidi. Böyük ehtimalla, bihz onu bir daha bu strukturda görməyəcəyik.

 

Bu, 42 yaşlı Orxan bəyin 3-cü, bəlkə də son şansı idi. Dəyərləndirməsi gərəkirdi. Gərəkəni etmədi amma. İntellektual səviyyəsi kifayət qədər yüksək olsa da, idarəçilik bacarığının aşağı olması növbəti dəfə şəxsinə problem yaratdı və vəziədən uzaqlaşdırıldı.

 

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin qardaşı oğlu kimi cəmiyyətdə tanınan «Neftçi»nin sabiq prezidenti ilk dəfə 2004-cü ildə böyük futbolda debüt edib. AMMK ilə birgə. Komanda birinci divizionda medal qazanaraq güclülər dəstəsinə yüksələndə, o da İdarə Heyətində yer alırdı. Kamil Məmmədovla bahəm.

 

AMMK «Olimpik» adıyla çempionatda çıxış etməyə başlayandan az sonra həm o, həm də Məmmədov rəhbərlikdən uzaqlaşdırıldı. Uğursuz məşqçi və legioner seçiminə görə. Bunda Hüseynzadəlik bir «çp" yox idi, sadəcə, Cahangir Əsgərov dostlarını vəzifədən qovandan sonra burda qalmaq istəmədi.

 

Nə pul yemişdi, nə də başqa bir iş görmüşdü. Nə etmişdisə, fırıldaqçı Kamil etmişdi. Elə olmasaydı, Əsgərov sonradan Hüseynzadəni geri qaytarmaq istəməzdi. 

 

2005-cı ildə «Olimpik»lə vidalaşan Orxan bəy bir də 2010-cu ildə klub idarəçiliyinə qaytarılıb. Bu dəfə «Sumqayıt»da. I Divizionda çıxış edən «kimyaçılar»ın Kamran Quliyevdən əvvəlki patronu o olub. Baba Əsgərovun çalışdıdığı komanda mövsümü 10-cu pillədə başa vurub, «Abşeron»un yerinə Premyer Liqaya buraxılanda isə yönətim yenə dəyişib.

 

İstər ondan əvvəl, istərsə də bu islahatdan sonra AFFA-da önəmli post – beynəlxalq əlaqələr üzrə departament rəisi olan Hüseynzadə «Neftçi»yə də göydən zənbillə düşməmişdi. Onu bura da «şüşəbənd»dən göndərmişdilər. 

 

Bundan sonra harda çalışacaq? Təki onun üçün tapılmayan ş olsun! Kifayət qədər imkanlı ailənin övladıdı: ata univermaq sahibi, anası klinikaların birinin baş həkimidi. Yəni ki, əlin ağdan-qaraya vurmasa belə, pula möhtac  qalmayacaq. Əlaqələri «n» qədərdi, hansı nazirliyə, hansı dövlət komitəsinə istəsə, düzələcək.

 

Doğrudu, «Neftçi»də oolduğu qədər qazanmaq şansı nisbətən azdı (burda aylığının 15-20 min manat həndəvərində olması söylənilir), ancaq yenə də iş işdi.

 

Hüseynzadə  Məmmədovdan imtina etməlidi – təbii ki, futbolda. Şəxsi həyatda özləri bilər. Dostun dost yeri var, işin iş yeri. Məmmədovunku pul qazanmaqdı. Ona-buna atsın, aldatsın, ondan-bundan çırpışdırsın.

 

Vaxtilə Berti Foqtsu Azərbaycana gətirib millimizin başını hər yerdə aşağı edən, Hafiz Məmmədovun «Bakı»sına bir neçə yüz min dollarlıq fırıldaq gələn, «İnter»lə «Standard» arasında «alış-veriş»ə baxan FİFA dərəcəli menecer/baqqal Hüseyenzadənin öncə «Olimpik»dən, indi də «Neftçi»dən uzaqlaşdırılmasının baiskarlarından biri, birincisidi. Belə dostluq olmur, vallah!

 

Məmmədov tamahkar və intriqabazdı. «Bir qalanın sirr»indəki «Göygöz kosa» var a, odu elə. İtələyib onu, oturub yerində. Nəfsinin qulu olan Məmmədov, görün, suyu bulandırdısa, eyni vaxtda Hüseynzadəyə qarşı iki «cəbhə» açıldı – biri AFFA-dan, biri SOCAR-dan. İki iriçaplı qüvvənin ortasında tək qalan Orxan bəyə bu zamani yalnız mələklər kömək edə bilərdi. Onlar da gördü ki, insan cildinə girmiş iblis bu adamın başını yeyib…. Çəkilib getdilər.

 

VÜQAR

Tarix: 19 Fevral 12:36    Oxunub: 539    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.