Hamısı “Qarabağ”ın hesabında

Premyer Liqanın 2017/2018 mövsümündə 150-ci qol vurulub. 

 

Sportinfo.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, XVI turun “Səbail” – “Qarabağ” görüşünə təsadüf edib.

 

Çempionatın 64-cü görüşündə Ağdam klubuna qələbə qazandıran yeganə top yubiley xarakteri daşıyıb. Orta məhsuldarlığın 2,34 olduğu Premyer Liqanın 150-ci qolunu da Mahir Mədətov vurub.

 

Bu qollardan yarısı meydan sahibləri, yarısı qonaqların hesabındadır. Mövsümün bütün yubiley qolları “Qarabağ”ın hesabındadı. Mədətov isə 3-cü dəfə əlamətdar qola imza atıb. O, ilk və 50-ci qolların da müəllifidir.

 

"Qarabağ"ın forvardı 2017-ci il avqustun 11-də “Neftçi” ilə səfər matçında (3:1) ilk, sentyabrın 22-də “Sumqayıt”la ev qarşılaşmasında (3:1) 50-ci qolu vurub. 100-cü qolu isə noyabrın 17-də Riçard Almeyda “Sumqayıt”ın (2:0) qapısından keçirib.

Tarix: 19 Fevral 12:24    Oxunub: 186    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.