VAR sisteminin təhcizatçısı “Mançester Yunayted”dən üzr istədi

 Futbolda videotəkrar sisteminin təhcizatçısı “Hawkeye” şirkəti “Mançester Yunayted”dən üzr istəyib. 

 

Sportinfo.az xəbər verir ki, üzrxahlıq ölkə kubokunda “Haddersfild”lə 1/8 final oyunu zamanı baş vermiş insidentlə əlaqədar olub. 

 

“Hawkeye” tərəfindən “BT Sport”a təqdim olunan görüntüdəki texniki səhv yanlış qrafikə səbəb olub. Buna görə üzr istəyirik” deyə VAR rəhbərliyinin bəyanatında bildirilir.

 

Sözügdən oyunda “Mançester Yunayted”in futbolçusu Xuan Matanın qaydalar çərçivəsində vurduğu qol ləğv olunub.

 

Baş hakim meydanın kənarındakı monitorda görüntüyə baxdıqdan sonra qolun oyundankənar vəziyyətdən vurulduğuna dair qərar qəbul edib.

 

Buna görüntüdəki yanlış qrafik səbəb olub. Lakin rəqibini 2:0 hesabı ilə məğlub edən “qırmızı şeytanlar” 1/4 finala vəsiqə qazanıblar. 

Tarix: 19 Fevral 12:12    Oxunub: 167    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.