"Etiraf edim ki, Tahir Gxzəl olmasaydı, bəlkə də mən “Qarabağ”ı bu yerə gətirib çıxara bilməzdim"

«Şikayətlər gəlir. Mənə deyirlər ki, mən “Azərsun”da çalışıram və bununla qürur duyuram.

 

Ancaq burda adamı aldadırlar. Deməli bu ya məndən qaynaqlanır, ya da ətrafımdan qaynaqlanır. Əvvəlcə təmizliyi özümüzdən başlamalıyıq.

 

Başdan başlayıb, aşağıya enməliyik. Mən bunu deyirəm ki, hər kəs yeni ildən sonra tabelini mənə gətirsin. Bu, belədi, bu da belədi. Bunu o adamın dediyi kimi əl-ələ verək düzəldək».

 

Sportinfo.az-ın məlumatına görə, bu sözlər «Qarabağ»ın prezidenti Abdulbarı Gözələ məxsusdu.


Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi, qida sənayesinin daha da inkişaf etdirilməsi istiqamətində mühüm töhfələr verən “Azərsun Holdinq” 2017-ci ilin yekunu ilə bağlı iclas keçirib.

 

İclasda şirkətlər qrupunun il ərzindəki nailiyyətləri, yeniliklər, reallaşdırı- lan layihələr və gələcək planları barədə geniş məlumat verilib. 

 

Tədbirdə “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdulbarı Gözəl də iştirak edib.

 

Dəyərli iş adamı şirkətlər qrupunda həyata keçirilən işlərlə yanaşı, gələcək fəaliyyətə toxunub, bu barədə öz dəyərli tövsiyə və tapşırıqlarını verib, eyni zamanda, «Qarabağ» haqqında danışıb:


"İndi, əlbəttə ki, bundan sonra şirkətdə icraatda ailə olmayacaq, ailə nəzarətdə olacaq, kontrolda olacaq.

 

Bizim bir ailə şuramız var. Tahir Gözəl orda ailə şurasının rəhbəridi. Onun başqa işi də var. “Qarabağ”, mənə görə, bu gün Azərbaycan üçün ən vacib müəssisədi.

 

Tahir bəyi də təbrik edirəm, bu yaxında deyəsən, bir medal da alacaq. Çox əmək verdi. Etiraf edim ki, Tahir bəy olmasaydı, bəlkə də mən “Qarabağ”ı bu yerə gətirib çıxara bilməzdim.

 

Onun üçün görürsən ki, gənc nəsillər hərəsi bir şeylər qatır. Arxadan gələn gənclərə də imkan versək, onlar çox zəkidirlər, onlar da bir şeylər qatacaq.

 

Biri deyir, məni keçməsin. İftixar elə də. Baxıb desin ki, sən mənim ustadımsan, sən məni yetişdirdin. Gəl şirkətə de ki, bunun artıq qabiliyyəti məndən də yüksəkdi.

 

Bunu bir yerə qoyun, böyüsün getsin. Kişi kimi gəl, söylə. Niyə o cavanın qarşısını kəsirsən? O da qaçıb gedir. Ya özünə bir yer tapır, ya da tapmır. Bunları mən sizdən gözləyirəm. Bunları gətirin bizə.

 

Bu orqanizasyonumuz artıq gələcəyin orqanizasyonudu. İstehsaldı, satınalma və satışdı. Belə ki, məhsul qrupu fəlsəfəsi ordadı. Amma bir planlamadan idarə ediləcək. Çünki məhsul qrupları “stock out”a düşürlər.

 

Bacara bilmirsiniz. Necə bir dənə məhsul var? Səndə məhsul ehtiyatı qurtarır. Hərəkətə keçə bilmirsən. Başın işləyir, bədənin işləmir, hərəkətin yoxdu.

 

Olmaz axı, zaman məfhumun yoxdu. Zaman çox əhəmiyyətlidi. Sən zamanı dəyərləndirmirsənsə, bu şirkəti bir yerə apara bilməzsən. Bu dünyanı kompüter, elektronika sürətləndirib, sürət çox yüksəkdi".

Tarix: 19 Fevral 11:00    Oxunub: 467    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.