"Qurban Qurbanovla işləmişəm və bilirəm ki, o…"

«Sevindirici haldı ki, bugünki gündə A millimizin baş məşqçisi Qurban Qurbanovdu» - Sportinfo.az xəbər verir ki, vaxtilə «Neftçi»də Qurban Qurbanovun köməkçisi işləmiş Mirbağır İsayev belə deyib.
 
Ötən ilin depkabrında əsas milliyə Qurban Qurbanov, U-21 yığmasına isə Rəşad Sadıqov baş məşqçi təyin olundu.
 
Bu təyinatlarla bağlı danışan U-17-nin sabiq çalışdırıcısı bildirib ki, hər şey işi necə qurmaqdan asılıdı:
 
"Qurban Qurbanovla işləmişəm, bilirəm və inanıram ki, o, aşağı yaş qrupları ilə də zəncirvari olaraq işləyəcək. Bu gənc futbolçular üçün də stimuldu. Uzun müddətdən sonra, millimizə yerli baş məşqçi təyin olunmasına görə sevindim.
 
Bugünki gündə işsiz olsam da, subyektiv fikrimdi. Mən işi heç kimdən istəmirəm. Mənim üçün ən önəmlisi A millidi. Qurban Qurbanov aşağı yaş qruplarını da hər zaman diqqətdə saxlayacaq.
 
Bundan qabaq heç bir nəzarət yox idi. Hələ bir dəfə Robert Prosineçkidən özüm xahiş etmişdim ki, gəlsin bizim uşaqlarla görüşsün. Sağolsun, sözümü yerə salmadı və gəldi uşaqlarla görüşdü. Bu özü də uşaqlar üçün stimul idi.
 
Elə həmin komandadan Anton Krivatsuk bu dəqiqə A millidə və “Neftçi”də oynayır. Bu futbolçunu mən gətirmişdim. Elxan Məmmədov da xahişimi yerə salmamışdı. Ona inandırdım ki, bu uşaq gələcəkdə də kömək edə bilər.
 
Gətirəndə də elə uşaqlar gətirmək lazımdı ki, A milliyə qədər qalxa bilsinlər. Çox türk oyunçular gəldi, sonra bizim vətəndaşlıqdan imtina edirdi. Bu, mənə ağır gəlirdi. Ancaq Antonu 16 yaşında gətirdik və hər dəfə onu oyunlarda görəndə sevinirəm». 
Tarix: 19 Fevral 10:00    Oxunub: 340    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.