Ronaldo - ardıcıl 7 mövsüm ən azı 10 qol vuran yeganə futbolçu

“Real”ın hücumçusu Kristiano Ronaldo Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində Fransa təmsilçisi PSJ ilə oyunda komandasının qələbəsinə (3:1) iki qolla töhfə verdi.

 

Sportinfo.az xəbər verir ki, Madrid təmsilçisinin portuqaliyalı ulduz futbolçusu bu dublu ilə yeni rekordlara da imza atdı.

 

Belə ki, Ronaldo ÇL-də 100 qol səddini aşan ilk futbolçu oldu. Artıq onun hesabında “Real”ın formasında vurduğu 101 qol var. Bütövlükdə isə o, ÇL-də 117 qola imza atıb.

 

Digər 16 topu o, “Mançester Yunayted”in formasını geyindiyi dövrdə rəqib qapılarından keçirib. Onun ən yaxın izləyicisi “Barselona”nın argentinalı forvardı Lionel Messidi – 97 qol.

 

Bu mövsüm ÇL-də vurduğu qolların sayını 11-ə çatdıran Ronaldo daha bir ilkə imza atdı. O, ardıcıl 7 mövsüm ən azı 10 qol vuran yeganə futbolçuya çevrildi.

Tarix: 19 Fevral 00:40    Oxunub: 208    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.