Hnsı dövlətlərin idmançıları öz ölkələrindən daha çox pul və mükafat qazanır?

Britaniyanın "Sonsultancy" konsaltinq agentliyi Pxençxanda keçirilən qış Olimpiada oyunları ilə bağlı tədqiqat apararaq, hansı dövlətlərin idmançılarının öz ölkələrindən daha çox pul və mükafat qazandığını müəyyənləşdirib.

 

Sportinfo.az xəbər verir ki, bu barədə "Vesti.kz" məlumat yayıb.

 

Məlumatda bildirilir ki, siyahıda Qazaxıstan liderdir. Ölkə qızıl medala görə öz idmançılarına 215 min, gümüş medala görə 125 min, bürünc medala görə 62 500 avro verəcək.

 

Siyahıda ikinci yerdə İtaliya qərarlaşıb. Bu ölkə idmançılarına qızıl medala görə 150 min avro, gümüş medala görə 75 min, bürüncə görə 50 min avro ödəyəcək.

 

Üçüncü yerdə Latviyadır. Qızıl medal üçün bir latviyalı idmançı 142 300, gümüş üçün 85 500 avro qazanacaq.

 

Mükafatların cəminə görə ilk onluqda keçmiş SSRİ-nin beş ölkəsi var. Adıçəkilən Qazaxıstandan və Latviyadan başqa bu siyahıda Belarus, Ukrayna və Rusiya da var.

Tarix: 19 Fevral 00:00    Oxunub: 221    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.