"Mançester Yunayted" inamlı qələbə ilə 1/4 finalda - VİDEOLAR

İngiltərə Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

 

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

 

“Lester Siti” doğma meydanda “Şeffild Yunayted”i minimal hesabla üstələməklə növbəti mərhələyə çıxıb.

 

Son İngiltərə çempionu “Çelsi” isə “Hall Siti” ilə oyunda 1/4 finala vəsiqəni 4 cavabasız qolla qazanıb.

 

İkinci oyun günündə baş tutan "Şeffild Uensdey" - "Suonsi Siti" görüşündə qalib müəyyənləşməyib. Bu üzdən də sözügedən kollektivlər təkrar oyunda üz-üzə gələcəklər.

 

Günün digər oyunlarına gəlincə, "Sauthempton" səfərdə "Vest Bromviç"i, "Mançester Yunayted" isə "Haddersfild"i üstələyərək, növbəti mərhələyə yüksəlib. "Brayton" da doğma meydanda "Koventri Siti"dən üstün olub.

 

Lester Siti - Şeffild Yunayted 1:0

Çelsi - Hall Siti 4:0

Şeffild Uensdey - Suonsi Siti 0:0

Brayton - Koventri Siti 1:2

Vest Bromviç - Sauthempton 3:1

Haddersfild - Mançester Yunayted 0:2

 

 - -

Tarix: 18 Fevral 08:08    Oxunub: 135    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.