MY argentinalı hücumçuya göz dikib - 190 milyonluq təklif

“Mançester Yunayted” “İnter”in hücumçusu Mauro İkardinin xidmətində maraqlıdı.

 

Sportinfo.az xəbər verir ki, manukunianlar 24 yaşlı futbolçunun keçidi üçün 135 milyon funt-sterlinq (190 milyon dollar) ödəməyə hazırdı.

 

Bu barədə məlumatı İngiltərənin “San” nəşri yayıb. Xəbərdə “qırmızı şeytanlar”ın hücumçunu yayda heyətinə cəlb etmək istədiyi qeyd edilib. 

 

Xatırladaq ki, İkardinin “İnter”lə müqavilə müddəti 2021-ci ildə başa çatacaq. Argentinalı forvard “neradzurra” ilə yeni müqavilə bağlamağa istəkli deyil. Cari mövsümdə 22 oyuna 18 qola imza atan İkardinin xidmətində “Real” da maraqlıdı.

Tarix: 18 Fevral 11:49    Oxunub: 126    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.