"Biz onu satmalıydıq, həmin vaxtın şərtləri bunu tələb edirdi"

“Roma”nın idman direktoru Monçi ötən ilin yayında Məhəmməd Salahı “Liverpul”a çox aşağı qiymətə satdıqları barədə fikirlərə münasibət bildirib.

 

Sportinfo.az xəbər verir ki, futbol funksioneri İtaliya mətbuatına açıqlamasında həmin vaxt misirli futbolçunu satmalı olduqlarını deyib:

 

“Neymar və Mbappenin keçidi transfer bazarını çox dəyişdi. Ancaq həmin vaxt Salahı satmalıydıq. Düzdü, daha yüksək qiymətə sata bilərdik, lakin həmin vaxtın şərtləri bunu tələb edirdi. Azarkeşləri başa düşürük.

 

Onlar rəqəmlər yox, uğurlar barədə danışmaq istəyirlər. Ancaq biz də təkcə qazanmaq barədə düşünmürük. Əlbəttə, fanatlar söz yox, nəticə istəyirlər. Onları başa düşürəm, lakin bizə inanmalarını istəyirəm”.

 

Xatırladaq ki, Salah ötən ilin yayında “Roma”dan “Liverpul”a 42 milyon avro qarşılığında transfer olunub.

 

Misirli yarımmüdafiəçi “qırmızılar”a keçdikdən sonra öz oyununu bir xeyli inkişaf etdirib. O, cari mövsümdə şans qazandığı 36 matçda 30 qola imza atıb.

Tarix: 18 Fevral 11:36    Oxunub: 116    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.