"Söymüşəmsə, heç vaxt üzr istəməyəcəm! Bu, kişi hərəkəti deyil”

"Qəbələ" - "Zirə" qarşılaşması maraqlı mübarizəylə yanaşı, oyundan sonrakı qalmaqala da səhnə oldu.
 
Hadisələrin mərkəzində olan meydan sahiblərinin üzvü Ruslan Qurbanov qarşılaşmadan sonra vəziyyəti izah etməyə çalışdı.
 
Sportinfo.az xəbər verir ki, o, qalmaqalın səbəbkarının qonaqlar olduğunu düşünür:
 
“Gördüm ki, rəqib hücumçu Riçard Qadze bizim futbolçu Ürfan Abbasovla nə barədəsə mübahisə etməyə başladı. O, komanda yoldaşımı ya vurdu, ya da itələdi.
 
Bunu oyunun videotəkrarında dəqiq görmək mümkündü. Passivimdə sarı vərəqə vardı və ora futbolçuları aralamaq üçün getdim. Bu anda rəqibin digər afrikalı legioneri Sadio Tounkara mənə qarşı idmançıya yaraşmayan hərəkət etdi.
 
O, butslarının "şiplər"iylə ayağıma vurdu. Hətta zərbəsinin izi qalıb, qan axıb gedirdi. Buna rəğmən, onunla münaqişəyə girmədim, çünki dediyim kimi, sarı vərəqəm vardı. Sadəcə, onun etdiyi kimi hərəkət olmur. Gizlənərək birdən çıxıb zərbə vurmurlar. Bu, kişi hərəkəti deyil”.
 
Ruslan rəqib komandanın baş məşqçsi Ayxan Abbasovun onun haqda dediklərini qismən təsdiqləyir:
 
“Mən söyürdüm? Əlbəttə, söyəcəm. Bizim futbolçulara zərbə vururlarsa, durub baxmalıyam? Yəqin ki, Ayxan müəllim belə eşidib. Heç kimi söyməmişəm. Söymüşəmsə, heç vaxt üzr istəməyəcəm. Çünki uduzmağı sevmirəm.
 
Bu oyunda meydanı qalib tərk etmək istəyirdim. Həm də ona görə ki, "Zirə" həmişə bizə qarşı yaxşı oynayıb. Ayxan müəllim belə hesab edirsə, onun fikirlərinə hörmətlə yanaşacam”.
Tarix: 18 Fevral 11:10    Oxunub: 355    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.