Samir Əliyev: “Qarabağ”ın imkan verdiyi qədər oynadıq"

Premyer Liqanın 16-cı turunda evdə “Qarabağ”a uduzan (0:1) “Səbail”in baş məşqçisi Samir Əliyev oyunsonrası mətbuat konfransında sualları cavablandırıb.

 

Sportinfo.az xəbər verir ki, Əliyev əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

 

- Uşaqların oyunundan razı qaldım. Matçdan sonra onları oyuna görə təbrik etdim. “Qarabağ”la “Səbail” eyni səviyyəli komandalar deyil. Çalışdıq, yaxşı mübarizə aparaq. Əlimizdən gələni etdik.

 

İki fərqli hissə izlədik. İlk hissədə “Səbail” daha hərəkətli idi. İkinci hissədə isə, xüsusilə, 60-cı dəqiqədən sonra komanda daha ləng görünürdü. Bu, yorğunluqla bağlı idi?
- Mən belə düşünmürəm. Əksinə, ikinci hissədə bir neçə dəyişiklikdən sonra daha fəal oynamağa başladıq.

 

Komandalar arasında səviyyə fərqinin olduğunu dediz. Ancaq “Qarabağ”la müqayisədə heç də az qol fürsətiniz olmadı.
- Komanda yenidi. Qış fasiləsində komandaya yeni futbolçular qoşulub. Onların komandaya uyğunlaşması üçün vaxt lazımdı. Ən azı 7-8 oyun lazımdı ki, onlar komandaya tam uyğunlaşsınlar. Həmin vaxtadək də çempionat bitəcək (gülür). Bu gün biz “Qarabağ”ın imkan verdiyi qədər oynadıq.

 

Bu gün “Kəpəz” - “Keşlə” oyununda kimə azarkeşlik edirdiz?
- Düzü, mən həmin oyunda heç-heçə olmasını istəyirdim. Çünki bizi qarşıda “Qəbələ” ilə çətin oyunlar gözləyir. Həm “Keşlə”, həm də “Kəpəz” qış fasiləsində çox gücləniblər. Ancaq biz rəqiblərin yox, öz oyunumuza köklənirik.

Tarix: 18 Fevral 20:53    Oxunub: 185    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.