AFFA Nazim Süleymanovu "Neftçi"nin baş məşqçi postuna gətirir?

«Neftçi»nin yeni baş məşqçisi… Nazim Süleymanov ola bilər.

 

Dünən «Sumqayıt»a 0:2 hesabıyla uduzan və medallar uğrunda mübarizədə böyük güc itirən «ağ-qaralar» sükançı axtarışındadı.

 

Sportinfo.az-ın məlumatına görə, AFFA ötən gün 53 yaşını qeyd edən mütəxəssisin namizədliyini verib. 


Klubun yeni prezidenti Kamran Quliyev son açıqlamasında Tərlan Əhmədovu və futbolçuları dəstəkləyən fikirlər söyləyib:

 

“Neftçi”yə kənardan heç kim nəinki baş məşqçi, heç sıravi işçi də təyin edə bilməz.  Klubun öz rəhbərliyi var!
 

“Neftçi”nin prezidenti olaraq baş məşqçimizin və futbolçularımızın arxasındayam. Bu komandanın baş məşqçisinə heç kim nəinki cəza, heç tapşırıq da verə bilməz!”.


Ancaq görünən budu ki, AFFA Əhmədovun getməsinə tərəfdardı. Onunla Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev arasında yaranan narazılıqdan istifadə edərək.

 

Süleymanovla artıq bu barədə ilkin danışıqlar olub və o, 2014-cü ilin əvvəlində ayrıldığı keçmiş klubuna dönməyə razılıq verib.

Tarix: 18 Fevral 20:14    Oxunub: 1087    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.