"Ümid edirəm ki, “Səbail” digər komandalara qarşı da belə oynayacaq" - Qurban Qurbanov

Premyer Liqanın 16-cı turunda səfərdə “Səbail”ə qalib gələn (1:0) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında sualları cavablandırıb.

 

Sportinfo.az xəbər verir ki, Qurbanov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

 

- Futbolçularımı təbrik edirəm. Vacib 3 xal qazandıq. Azarkeşlərimizi də təbrik edirəm. Samir Əliyev yaxşı komanda yaradıb. Bizim üçün çətin oldu. Çox nadir hallarda bu cür tempdə oyun izləyirik.

 

Miçel yenidən zədələndi?
- Oyun zamanı ağrıları çoxaldı. Meydanda sərt oyun gedirdi. Hiss olunurdu ki, kimsə zədələnəcək. Sonda Miçel zədələndi. Onun vəziyyətinə yaxın günlərdə aydınlıq gələcək. Növbəti matçda oynayıb-oynamayacağını bilmirəm.

 

“Qəbələ” ilə oyunla müqayisədə bu oyun daha gərgin keçdi... 
- “Qəbələ” ilə oyun fərqli idi. Oyunun gedişatı fərqlənirdi. Fasilədən sonra ilk oyunumuz idi. Həmin matçda hər hansı kiçik səhvdə bizi cəzalandıra bilərdilər. Bu oyundan açığı həzz aldım. Rəqib çox hücuma keçirdi. Çox nadir hallarda bu qədər az topa sahib oluruq.

 

Meydanda sərt oyunun keçməsi futbolçuları əsəbiləşdirirdi...
- Bir var sərt, bir də var kobud oyun. Kobud oyun məni bir qədər narahat edirdi. Ümid edirəm ki, “Səbail” digər komandalara qarşı da belə oynayacaq. Çəkinmədən pressinq edirdilər.

 

Kubokun finalı mayın 28-də keçiriləcək. Bir gün sonra millinin oyunu var. Bu barədə nə deyə bilərsiz?
- Bizim aramızda kubokun vaxtı ilə bağlı müzakirə olmayıb. Mən mart ayının proqramını təqdim etdim. Həmin vaxt keçirəcəyimiz oyunların vaxtını 1-2 gün önə çəkəcəyik. Digər oyunlar isə olduğu kimi qalacaq.

Tarix: 18 Fevral 20:01    Oxunub: 242    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.