“Qarabağ” 1 qolla uddu, “Kəpəz” 1 qolla uduzdu

Bu gün Premyer Liqada 16-cı tura yekun vurulub.

 

Sportinfo.az xəbər verir ki, son oyun günündə də iki görüş baş tutub.

 

Gəncədə yerli “Kəpəz” “Keşlə” ilə qarşılaşıb. Paytaxt təmsilçisi bu oyunda minimal hesabla üstün olub.



Turun qapanış matçında isə son çempion və lider “Qarabağ” debütant “Səbail”lə münasibətlərinə aydınlıq gətirib.

 

Bu oyunun da taleyini bir qol həll edib. Ağdam klubu çempionatın debütantına bu dəfə də qalib gəlib.

 

“Kəpəz” – “Keşlə” 0:1
Qol: F.Bayramov, 51.
Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Qənbərov, İsgəndər Əliyev, Ramil Diniyev.
Gəncə. Şəhər stadionu.

“Kəpəz”: 22. Sergey Litovçenko, 15. İqor Korotetski, 13. Şəhriyar Rəhimov (k), 18. Tural Cəlilov, 4. Şəhriyar Əliyev, 91. Dario Federiko, 16. Quili Mandjqaladze, 8. Samir Zərgərov, 12. İlyas Səfərzadə, 48. Dieqo Qusmao, 24. Şadon Vinçester.
Ehtiyat oyunçular: 55. Tərlan Qasımzadə, 1. Davud Kərimi, 10. Tural Rzayev, 9. İlkin Sadıqov, 6. Ceyhun Cavadov, 11. Kamran Abdullazadə, 21. Murad Səttarlı, 5. Tural Nərimanov, 7. Roman Hüseynov, 20. Tərzin Cahangirov, 3. Dedimar Ferreyra, 2. Yusif Cəfərov.
Baş məşqçi: Yunis Hüseynov.
“Keşlə”: 1. Kamran Ağayev (k), 3. Denis Silva, 4. Slavik Alxasov, 10. Sezar Meza Kolli, 14. Andre Klennon, 21. Herve Tçami, 22. Məqsəd İsayev, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 65. Cabir Əmirli, 90. Ebrima Sohna.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 7. Vaqif Cavadov, 19. Pablo Podio, 33. Tərlan Quliyev, 39. Əlibəy Məmmədli, 40. Nemanya Stoyanoviç, 66. Murad Qayalı, 80. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev.
Baş məşqçi: Yuri Maksimov.

“Səbail” – “Qarabağ” 0:1
Qol: M.Mədətov, 51.
Hakimlər: Elvin Əsgərov, Elman Musayev, Nahid  Əliyev, Əliyar Ağayev.
Bakı. "Bayıl Arena".

“Səbail”: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 4. Rahil Məmmədov, 5. Kərim Diniyev, 7. Fəhmin Muradbəyli, 11. Elman Taqayev, 15. Nikoloz Apakidze, 17. Vüqar Nadirov (k), 26. Kamal Qurbanov, 29. Yevgeni Koçuk, 92. Vaxıt Orazsaxedov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 10. Nurlan Novruzov, 21. Murtuz Abakarov, 66. Pərviz Qaraxanov, 13. Faruk Miya, 99. Maudo Jarjue, 20. Eltun Yaqublu.
Baş məşqçi: Samir Əliyev.
“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 8. Markos Madera, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 32. Elvin Yunuszadə, 77. Donald Gerye, 91. Coşqun Diniyev, 99. Dani Kintana. 
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 89. Nicat Mehbalıyev, 2. Qara Qarayev, 7. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 44. Ağabala Ramazanov, 90. Ramil Şeydayev.
Baş məşqçi: Qurban Qurbanov.

Tarix: 18 Fevral 19:35    Oxunub: 182    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.