Maaşının artırılmasını tələb etdi, “Yuventus”la “Atletiko” istədi

“Roma”nın yarımmüdafiəçisi Alessandro Florensi paytaxt təmsilçisi ilə yollarını ayıra bilər.

 

Sportinfo.az xəbər verir ki, o, “canavarlar”ın heyətində indiki qazancından narazıdı.

 

İtaliya mətbuatının iddiasına görə, hazırda illik maaşı 1,7 milyon avro olan futbolçu rəhbərlikdən bu məbləğin 3,5 milyona qaldırılmasını tələb edib. Lakin klub rəhbərliyi onun bu istəyini müsbət qarşılamayıb.

 

Futbolçunun rəhbərliklə ortaq məxrəcə gələ bilməməsi isə digər nəhəng klubların ona olan marağını artırıb. “Il Messaggero” Alessandroya “Yuventus” və “Atletiko”dan sərfəli təklif gəldiyini iddia edib.

 

Bu komandalar onun istədiyi məbləği verməyə hazır olduqlarını bildiriblər. Qeyd edək ki, Florensinin “Roma” ilə mövcud müqaviləsinin müddəti 2018/19 mövsümünün sonuna qədərdi.

 

“Canavarlar”ın öz yetirməsi olan Alessandroya bu komandaya sadiqliyinə görə Françesko Totti və Daniele De Rossinin davamçısı gözü ilə baxılsa da, son şayiələr azarkeşlər arasında ciddi narazılığa səbəb olub.

Tarix: 18 Fevral 10:57    Oxunub: 103    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.