"Neftçi" Banişevskinin xatirəsinə həsr olunmuş turnirdə

"Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş turnir keçiriləcək.

 

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, "Neftçi” PFK 2005-2006-cı il təvəllüdlü futbolçular arasında təşkil olunacaq yarışda "Keşlə” və "Rəvan” ilə eyni qrupda mübarizə aparacaq.

 

6 komandadan ibarət turnirin digər qrupunda "Qarabağ”, "Vətən RİOEUGFM” və BİFM klubları yer alacaqlar.

 

Fevralın 18-də keçiriləcək oyunlardan sonra qrupda 1-ci yeri tutanlar çempionluq uğrunda final matçında qarşılaşacaqlar.

 

Qrupda ikinci olanlar 3-cü, sonuncu yeri tutanlar isə 5-ci yer uğrunda oyuna çıxacaqlar.

Tarix: 18 Fevral 10:44    Oxunub: 96    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.