Ramin Musayev: “Ləzgi xəncəri ilə onun başını kəsəcəm”

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Topaz Premyer Liqasının 16-cı turunda "Sumqayıt" - "Neftçi" oyunundan (2:0) sonra sualları cavablandırıb.

 

Sportinfo.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

 

- Maraqlı, sürətli və baxımlı oyun idi. Bəyənilsin...

 

“Sumqayıt” və “Neftçi”də prezident dəyişikliyi ilə bağlı nə deyə bilərsiniz?

- Nə fikir bildirim? Dəyişdirilməli idi də. Əgər belə məsləhət biliblərsə, deməli, olmalı idi.

 

2 klubun prezidentinin istefası və Kamran Quliyevin “Neftçi”nin prezidenti təyin edilməsi gözlənilməz olmadı?

- Sualı mənə niyə verirsiniz? Elə bu barədə klub başqanlarından və “Neftçi”nin rəhbəri təyin olunan şəxsdən soruşun. Məsləhət görülübsə, olmalı idi. “Sumqayıt” gözəl komandadır. Fikir verin, əla oyun nümayiş etdirirlər. Yəqin ki, həmin insana inam var ki, xalqın komandasını ona tapşırdılar.

 

Oyundan 1 gün əvvəl belə dəyişiklik gözlənilməz olmadı?

- Nə fərqi var? 1 gün tez, ya da 1 gün gec, olmalı idi.

 

Açıqlama vermisiniz ki, Tərlan Əhmədovu öz üsullarımla cəzalandıracam...

- Bu üsul bir ləzgi xəncəridi, kəsəcəm başını. Dost dostdan küsər də. Xətrini istədiyim insandır. Söhbəti şişirdirsiniz...

 

Kamran Quliyev deyib ki, Ramin Musayev bu açıqlaması ilə “Neftçi”yə təzyiq göstərir...

- Təzyiq? Siz ədəbiyyatı yaxşı oxumusuz? Oxumusuzsa, açıqlamaya diqqətlə fikir verin. Orda təzyiq etməklə bağlı nəyəsə rast gələcəksiz?

 

Klub prezidenti bu cür qəbul edir...

- Kim necə qəbul edirsə, etsin. Mən təzyiq doğuran cümlə işlətmişəm? Boş verin.

 

Hazırda xəstəxanada olan Böyükağa Hacıyevi ziyarət etmisinizmi?

- Mən yatanda o gəlməyib, mən də getmirəm. Məndə 5 stent var, onda 3 dənədir. Gəlsəydi, gedərdim. Həyatda hər şey qarşılıqlıdı.

Tarix: 18 Fevral 10:18    Oxunub: 234    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.