"Qəbələ"li Sadıqovdan qızıl, Şirinlidən bürünc medal

Avstriyanın Obervart şəhərində cüdo üzrə Avropa açıq turnirinə start verilib.

 

Sportinfo.az xəbər verir ki, yarışın ilk günü Azərbaycan milli komandası və “Qəbələ” İdman Klubunun cüdoçuları Mehman Sadıqov və Vüqar Şirinli üçün uğurlu alınıb.

 

60 kq çəki dərəcəsində mübarizə aparan Sadıqov bütün rəqiblərinə qalib gələrək çempion olub. O, avstriyalı Valentino Krnjiç, qazaxıstanlı Bauyrjan Narbayev və mərakeşli İssam Bassou üzərində qələbə əldə etməklə yarımfinala yüksəlib.

 

Bu mərhələdə yaponiyalı Tatsuhiko Yamamoto, finalda rusiyalı Qamzat Zairbekovla görüşən təmsilçimiz bu qarşılaşmalardan da qalib ayrılıb.

 

66 kq çəki dərəcəsində çıxış edən Vüqar isə avstriyalı Stefan Kudera və gürcüstanlı Laşa Qiunaşviliyə qalib gəlsə də, fransalı Kevin Azemaya uduzub.

 

Təsəlliverici döyüşdə italiyalı Matteo Piras, bürünc uğrunda qarşılaşmada almaniyalı Manuel Şeybelə qalib gələn Şirinli 3-cü yeri tutub.

Tarix: 18 Fevral 18:43    Oxunub: 138    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.