“Neftçi” “Sumqayıt”a, “Zirə” “Qəbələ”yə səfərdə uduzdu

Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 16-cı tura start verilib.

 

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

 

“Sumqayıt” doğma meydanda “Neftçi”yə minimal hesabla qalib gəlib. “Qəbələ” isə “Zirə”ni 4 cavabsız qolla yenib.

 

Emin İmaməliyevin yetirmələri 2018-ci ilin ilk ev oyunundan qələbə ilə ayrılıb. Çempionatın lideri qarşılaşmanın taleyini artıq ilk yarıda həll edib.

 

Belə ki, Yusif Nəbiyev, Hacıağa Hacılı və Kamran Quliyev ilk 30 dəqiqədə qonaqların qapısına yol tapıb. Oyunun sonlarında isə Əli Səmədov paytaxt təmsilçisini mərkəzdən başlamağa məcbur edib.

 

Beləliklə, mövsümdə 12-ci qələbəsini qazanan “qırmızı-qaralar” xal hesabını 38-ə çatdırıb və liderliyini möhkəmlədib. Bu, komandamızın 9-cu böyükhesablı qələbəsi olub.

 

Sumqayıt - Neftçi 1:0
Qol: Elvin Nəsibov, 8.

 

Qəbələ - Zirə 4:0
Qol: Yusif Nəbiyev, 8. Hacıağa Hacılı, 20. Kamran Quliyev, 30. Əli Səmədov, 78.

 

1

Qəbələ

16

12

2

2

55-14

38

2

Səbail

15

8

3

4

23-19

27

3

Keşlə

15

5

8

2

23-18

23

4

Zirə

16

6

4

6

21-26

22

5

Neftçi

16

5

4

7

13-20

19

6

Qarabağ

15

5

2

8

19-26

17

7

Sumqayıt

16

4

4

8

16-32

16

8

Kəpəz

15

1

5

9

10-26

8

 
Tarix: 18 Fevral 18:30    Oxunub: 188    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.