Dabo “Qəbələ”də 22-ci qolunu vurdu, Kamananı geridə qoydu

Topaz Premyer Liqasının XVI turunda “Zirə”ni qəbul edən “Qəbələ” 2:1 hesabı ilə qalib gəlib. 

 

Sportinfo.az xəbər verir ki, Qəbələ şəhər stadionundakı qarşılaşma bəzi statistik məqamlarla əlamətdar olub.
 

Baqali Dabo “Qəbələ”nin heyətində 22-ci qolunu vurub. O, klub tarixinin 4-cü bombardiridir. Hücumçu Viktor Mendi (33), Dodo (30) və Ozobiçdən (23) geri qalır.

 

Premyer Liqada 17-ci dəfə fərqlənən Dabo Yannik Kamananı (16) arxada qoyub. Çempionatda 3-cü göstəriciyə malik Baqali yalnız Mendi (29) və Dododan (23) geri qalır.

Tarix: 18 Fevral 18:04    Oxunub: 140    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.