Mariya Stadnik beynəlxalq turnirdə gümüş medal qazandı

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik İsveçin Klippan şəhərində keçirilən açıq beynəlxalq turnirdə gümüş medal qazanıb.

 

Sportinfo.az xəbər verir ki, qadın güləşçilərin reytinq xallarının hesablandığı ilk yarışın finalında Olimpiya Oyunlarının 2 qat gümüş və bürünc mükafatçısı, dünya və 6 qat Avropa çempionu Mariya Stadnikin rəqibi ötən ilin Asiya və Dünya çempionu Yui Susaki olub.

 

Gərgin keçən qarşılaşmanın son saniyələrində 2:1 hesabı ilə öndə olan Stadnik bu üstünlüyü qoruya bilməyib. Görüş 2:2 hesablı bərabərliklə yekunlaşıb. Son xalı rəqib qazandığından döyüşün qalibi də o olub.

 

50 kq

FINAL. Mariya Stadnik - Yui Susaki (Yaponiya) - 2:2

1/2 final. Mariya Stadnik - Amy Ann Förnsayd (ABŞ) - 10:0 (1 dəq. 59 san.)

1/4 final. Cessica Ann Mari Makdonald (Kanada) - Mariya Stadnik - 0:12 (4 dəq. 35 san.)

1/8 final. Emilia Alina Vuk (Rumıniya) - Mariya Stadnik - 0:10 (1 dəq. 42 san.)

 

2018-ci ilin təqvim planında nəzərdə tutulan Avropa və dünya çempionatları ilə yanaşı, hər bir güləş növündə seçilmiş 4 turnirin nəticəsinə əsasən reytinq xalları hesablanacaq.

 

Reytinq yarışlarında iştirakçıların sayı və güləşçilərin qazandığı nəticələr üzrə xallar toplanaraq sıralamanı müəyyənləşdirəcək.

Tarix: 18 Fevral 17:51    Oxunub: 162    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.