“Neftçi” brend komandadı”

“Çox gözəl oyun alındı. Bizim istəyimiz daha çox olduğu üçün qələbə qazandıq.

 

Əlimizə düşən imkanlardan maksimum yararlandıq. Hələ 3-4 epizodu da dəyərləndirə bilmədik.

 

Düşünürəm ki, layiqli qələbə qazandıq. “Neftçi”dən xal götürmək bizim üçün böyük uğurdur. Çünki “Neftçi” brend komandadır. Qələbə qazandığımız üçün sevinirəm”.

 

Sportinfo.az xəbər verir ki,  bu sözləri Topaz Premyer Liqanın 16-cı turunda “Neftçi” üzərində 2:0 hesablı qələbədən sonra “Sumqayıt”ın yarımmüdafiəçisi Cavid İmamverdiyev deyib.

 

Qarşılaşma ilə bağlı fikirlərini bildirən futbolçu sabiq komandasına qarşı heç bir prinsipiallıq olmadığını söyləyib:

 

“Prinsipiallıq yox, istək çox ola bilər. Çünki o komandadan gəlmişəm. Hardasa özümü onlara göstərmək istəyim var idi. İlk növbədə “Sumqayıt”ı fikirləşirdim. Amma prinsipiallıqdan söhbət gedə bilməz”.

 

C. İmamverdiyev “Sumqayıt”dan istefa verdikdən sonra “Neftçi”nin prezidenti təyin olunan Kamran Quliyevin qərarına da münasibət bildirib:

 

“Kamran müəllimi təbrik edirəm. Gedibsə, Allah yolunu açıq etsin. Biz oyunumuza baxırıq. İşimiz meydandadır. Başımızı aşağı salıb, futbolumuzu oynayırıq”.

Tarix: 18 Fevral 17:12    Oxunub: 264    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.