Klub prezidenti azərbaycanlı futbolçuya TV-yə baxmağı qadağan etdi

 Millimizin yarımmüdafiəçisi Budaq Nəsirovun şərəfini qoruduğu "Sportinq"in prezidenti Brunu de Karvalyu tutduğu vəzifəyə yenidən seçilib.


Sportinfo,az xəbər verir ki, o, bu təyinatdan sonra işçilərlə keçirdiyi müşavirədə bir sıra gözlənilməz qaydalar elan edib.


"Biz - sportinqçilərik və sübut etdik ki, sükut daha çox səs-küyə səbəb olur. Mən bizi daha az riskə atacaq dəyişikliklərin tərəfdarıyam.

 

Sosial şəbəkələrdən az istifadə etmək, həmçinin biz bu gündən daha idman qəzetləri almırıq, klub kanallarını çıxmaq şərti ilə, heç bir yerli televiziya kanalına baxmırıq. İndi KİV bizə başqa cür yanaşacaq", - deyə "Maisfutebol" nəşri De Karvalyunun sözlərini sitat gətirib.

Tarix: 18 Fevral 13:05    Oxunub: 434    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.