“Liverpul”dan Mane və Salaha yeni müqavilə, daha yüksək maaş

“Liverpul” futbolçuları Sadio Mane və Məhəmməd Salahla yeni müqavilə bağlamağa hazırlaşır.

 

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı İngiltərənin “Deyli Mirror” nəşri yayıb.

 

Xəbərdə “qırmızılar”ın seneqallı və misirli futbolçulara yeni anlaşma təklif etməyə hazırlaşdığı, yeni müqaviləyə əsasən, hər iki oyunçunun maaşlarının bir xeyli artırılacağı qeyd edilib.

 

Qış fasiləsində Filippe Koutinyonu “Barselona”ya satan “Liverpul”, bu yolla əsas üzvlərini komandada saxlamağı planlaşdırır.

 

Manenin klubla hazırkı müqaviləsi 2021-ci ilin, Salahın isə 2022-ci ilin yayına kimi nəzərdə tutulub.

Tarix: 18 Fevral 12:39    Oxunub: 184    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.