"Mənim kimsənin ailəsini dağıtmaq fikrim yoxdu, bilsəydim,elə etməzdim" - ŞOK FOTOLAR!

İngiltərənin "Briqton" klubunun futbolçusu Şane Duffinin başqa qadınla yataqda çəkilmiş fotosu sosial mediada paylaşılıb.

 

Sportinfo.az xəbər verir ki, evli olan futbolçunun fotosunu Daniella Françeska adlı qadın yayıb.

 

Fotonu sosial mediada "Şane Duffi evə getmək istədiyi zaman" şərhi ilə paylaşan Daniella qalmaqala səbəb olduqdan sonra "The Sun"adanışıb.

 

Futbolçu ilə gecə klubunda tanış olduqlarını bildirən qadın həmin gecəni bərabər keçirdiklərini deyib.

 

Françeska Şane Duffidən dəfələrlə evli olub-olmadığını soruşduğunu və irland futbolçudan subay olması cavabını aldığını bildirib. Fotonu paylaşdıqdan sonra isə futbolçu onu silmək üçün Françeskaya yalvarmağa başlayıb.

 

Olaydan xəbər tutan Şane Duffinin həyat yoldaşı zəng edərək Daniellanı yalançılıqda ittiham edib və sərt sözlər deyib:

 

"Mənim kimsənin ailəsini dağıtmaq fikrim yoxdur. Ailəsi olduğunu bilsəydim, etməzdim. Axmaq bir hərəkət idi və bu səbəbdən fotonu sildim".

 
 
 
Tarix: 18 Fevral 01:00    Oxunub: 836    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.