Qış Oyunlarında qadınların estafet yarışına yekun vuruldu

Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında xizəksürmə üzrə qadınların estafet yarışına yekun vurulub.

 

Sportinfo.az xəbər verir ki, 20 km məsafəyə yürüşdə Norveç komandası olimpiya çempionu olub.

 

İnqvild Estberq, Astrid Yakobsen, Raqnil Haqa və Marit Byorgendən ibarət kvartet finişə 51 dəqiqə 24,3 saniyəyə çatıb.

 

Gümüş medalı Anna Hoq, Şarlotta Kalla, Ebba Andersson və Stina Nilssondan ibarət dördlük 51 dəqiqə 26,3 saniyə nəticə ilə əldə edib. Rusiyalı Natalya Nepryayeva, Yuliya Belorukova, Anastasiya Sedova və Anna Neçayevskayadan ibarət kvarter isə 52 dəqiqə 7,6 saniyə nəticə ilə bürünc mükafatçı olub.

 

Rusiya bu növdə 2006-cı il Turin olimpiadasından sonra ilk medalını qazanıb. Hazırda qonşu ölkənin aktivində 2 gümüş, 7 bürünc medal var.

Tarix: 18 Fevral 00:40    Oxunub: 92    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.