Azərbaycanlı yeniyetmələr İspaniyada 1 qızıl, 1 gümüş qazandı

İspaniyan Fuenqirola şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışına start verilib.

 

Sportinfo.az xəbər verir ki, beynəlxalq turnirin ilk günü Azərbaycan cüdoçuları 1 qızıl və 1 gümüş medal qazanıblar.

 

Qızlar arasında 44 kq çəki dərəcəsində mübarizə aparan Vüsalə Kərimova İspaniya, İtaliya, Fransa və Rusiya cüdoçularına qalib gələrək finala çıxıb.

 

Həlledici görüşdə İtaliya təmsilçisi Silvio Draqonu məğlub edən Vüsalə İspaniyada çempion olub. Oğlanların mübarizəsində 50 kq çəki dərəcəsində yarışan Mirağa Hacıyev İsrail, İtaliya, İspaniya, Rusiya və Fransa təmsilçiləri üzərində qələbə qazanaraq finala çıxıb.

 

Finalda İsrail idmançısı Ariel Şulmana uduzan cüdoçumuz gümüş medala layiq görülüb. İspaniya turniri bu il Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək yeniyetmələrin olimpiya oyunlarına lisenziya xarakteri daşıyır. Fuenqirola Avropa kuboku yarışında 36 ölkədən 471 cüdoçu mübarizə aparır.

Tarix: 18 Fevral 00:10    Oxunub: 150    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.