Millimizin üzvünün qiyməti 125 mindən 200 min avroya yüksəldi

Yığmamızın sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” növbəti matçına çıxıb.

 

Sportinfo.az xəbər verir ki, 4-cü bundesliqa təmsilçisi Berlin kubokunun 1/8 finalında “Türkiyəmspor”la münasibətləri aydınlaşdırıb.

 

Dadaşovun komandası səfərdə baş tutan qarşılaşmadan 2:1 hesabı ilə qalib ayrılaraq 1/4 finala vəsiqə qazanıb. 28-ci dəqiqədə hesabı açan Rüfət 60-cı dəqiqədə dublunu rəsmiləşdirib.

 

Meydan sahiblərinin gücü son dəqiqələrdə fərqi minimuma endirməyə çatıb. Rüfəti 84-cü dəqiqədə Rafael Brand əvəzləyib. Dadaşov hazırda 4-cü bundesliqada 20 qolla bombardirlərin yarışına başçılıq edir. 

 

Yeri gəlmişkən, futbolçumuzun uğurlu çıxışı onun transfer qiymətinə də təsirsiz ötüşməyib. Belə ki, “transfermarkt” Rüfətin mövsümün əvvəlində 125 min avroluq transfer qiymətinin artıq 200 min avroya yüksəldiyini vurğulayıb. Bununla da 27 yaşlı forvard çıxış etdiyi çempionatın ən dəyərli oyunçusuna çevrilib.

Tarix: 17 Fevral 14:00    Oxunub: 484    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.