DƏHŞƏT! Azərbaycanda məşqçinin evi partladı, yanaraq dünyasını dəyişdi - FOTOLAR

Bir neçə gün əvvəl Sumqayıtda fərdi evdə baş verən qaz sızmasından sonra yaranan partlayış zamanı xəsarət alan Veysəlovlar ailəsinin üzvlərindən biri dünyasını dəyişib.

 

Sportinfo.az xəbər verir ki, sözügedən şəxs Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının Sumqayıt şəhəri üzrə rəsmi nümayəndəsi Rövşən veysəlovdu.

 

Ağır yanıq xəsarətləri alan mərhum bu gün müalicə olunduğu xəstəxanada rəhmətə gedib. 1970-ci il təvəllüdlü Əməkdar məşqçi Azərbaycan Milli Karate Federasiyasının da məşqçisi idi.

 

Mərhumun həyat yoldaşı Dilarə Veysəlova və övladı Xaliq Veysəlov ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər, müalicələri davam etdirilir.

 

Allah rəhmət eləsin!

Tarix: 1 Fevral 18:00    Oxunub: 656    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.