"Gələn dəfə mən də o siyahıya düşmək istəyirəm" - "Sumqayıt"lı Rəşad

«Bütün futbolçular kimi, mən də milliyə dəvət almaq istəyirəm» - bu sözləri Sportinfo.az-a açıqlamasında «Sumqayıt»ın yarımmüdafiəçisi Rəşad Eyyubov deyib.


Ara-sıra yığmaya çağırılan təcrübəli oyunçu yeni baş məşqçi Qurban Qurbanovun etimadını qazanmaq üçün var gücünü sərf edəcəyini bildirib:

 

«Bunlan ötrü mən «Sumqayıt»da yaxşı çıxış etməliyəm. Komandamız Antalya toplanışından qayıdıb, orda ağır fiziki məşqlər keçmişik. Düşhünürəm ki, 2-3 həftəyə optimal formayav düşəcəyik.

 

Hələ ən yaxşı oyunumuzu göstərməmişik. İrəlidə hər şey yaxşı olacaq. Adətən, milliyə hazır və öz klubunda oynayanlar çağırılır.

 

Qurban Qurbanovla işləməmişəm, iş prinsipləri barədə eşitmişəm. Məncə, o, hamıya diqqət edir və kimin necə oynamasını görür. Qurbanov Antalya toplanışına «Sumqayıt»dan 2 nəfəri çağırdı.

 

Gələn dəfə mən də o siyahıya düşmək istəyirəm. «Sumqayıt»ın uğur qazanması bizim özümüüz üçün də çox vacibdi. Komandamız yuxarılarda olsa, bizə də maraq çox olacaq».

Tarix: 15 Fevral 14:12    Oxunub: 296    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.