Arvadını menecerindən üstün tutdu, transfer təklifini rədd etdi

“İnter”in hücumçusu Mauro İkardi menecer Mino Rayolanın “Mançester Yunayted”ə keçmək təklifini rədd edib.

 

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı İtaliya mətbuatı yayıb.

 

Xəbərdə bir çox məşhur futbolçuya menecerlik edən Rayolanın argentinalı hücumçuya mankunianlara transfer olmağı təklif etdiyi, ancaq İkardinin hazırkı meneceri - həyat yoldaşı Vanda Nara ilə iş birliyini davam etdirməklə bağlı qərar verdiyi qeyd edilib.

 

24 yaşlı futbolçu cari mövsümdə şans qazandığı 22 oyunda 18 qol vurub. Qış fasiləsində İkardinin “Real”a keçəcəyi deyilsə də, futbolçu “İnter”də qalıb.

Tarix: 15 Fevral 00:50    Oxunub: 239    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.