"Mən kiməm ki, “Real”a yox deyim? “Barselona”ya getmək istəyərəm"

“Ayaks”ın gənc futbolçusu Castin Klyuvert könlündəki klubun adını açıqlayıb.

 

Sportinfo.az xəbər verir ki, 18 yaşlı hücumçu Hollandiya mətbuatına açıqlamasında atası Patrik Klyuvert kimi “Barselona”da top qovmaq istədiyini deyib:

 

“Premyer Liqa gözəl çempionatdı. Özümü “Arsenal”, “Çelsi”, “Tottenhem” və “Mançester Yunayted” kimi komandalarda görürəm. Getdiyim hər yerdə atama görə məni tanıyırlar.

 

“Barselonaya gəl, səni “Nou Kamp”ı gəzdirək” deyirlər. “Real”dansa, “Barselona”ya getmək istəyərəm. “Barselona” qəlbimdəki tək komandadı. Amma mən kiməm ki, “Real”a yox deyim?”

 

Castinin atası Patrik Klyuvert “Ayaks”ın yetirməsi olub. O, bir müddət “Milan”da çıxış etdikdən sonra “Barselona”ya transfer olunub. 18 yaşlı futbolçu cari mövsümdə şans qazandığı 16 görüşdə 6 qol vurub, 4 qol ötürməsi edib.

Tarix: 15 Fevral 00:00    Oxunub: 288    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.