Azərbaycandan pul ala bilməyən dünya nəhəngi səhmlərini satır

Ciddi maliyyə çətinlikləri ilə üzləşən Çinin "Wanda" korporasiyası "Atletiko"dakı səhmlərini satacaq.


Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.


Bildirilir ki, səhmlərin 17 faizini Madrid təmsilçisinin digər sahibi "Quantum Pacific" alacaq. İsrail şirkətinin hazırkı payı 15 faizdi. Yeni anlaşmanın məbləği açıqlanmır.

 

Sövdələşmənin başa çatdırılması üçün İspaniya hökuməti tərəfindən razılıq verilməsi lazımdı. Bununla belə, "Wanda" "Atletiko"nun sponsoru kimi qalacaq. Klubun stadionu isə "Wanda Metropolitano" adını qoruyacaq.


“Atletiko” 2012-ci ilin əvvəlindən 2015-ci ilin iyunun 1-nə qədər oyunlara üzərində “Land of Fire Azerbaijan” yazılı formalarla çıxıb. Hafiz Məmmədovun ideyası əsasında.

 

Tanınmış iş adamı 25 milyon avro müqabilində bu fikri həyata keçirib və uğurlu alınıb. Hər iki tərəf üçün. “Atletiko” yeni himayədarının verdiyi dəstək sayəsində durğunluq dövrünü arxada qoyub və 40 illik fastələdən sonra ilk dəfə ölkə çempionu qazanıb, 2 dəfə Çempionlar Liqasının finalına yüksəlib.

 

Azərbaycan isə bu əməkdaşlıqdan reklam mənasında yararlanıb. “Atletiko”nun nufuzu “Land of Fire Azerbaijan” brendi ilə sintez təşkil edərək, ölkəmizin beynəlxalq idman səhnəsində təbliğatında mühüm rol oynayıb.

 

H.Məmmədov 3 il bu klubun mojaritar səhmədarı olub. "Wanda" 2015-ci ildə məhz 15 faizlik səhm paketini onun yerinə alıb. Ünlü biznesmen iş dünyasındakı rıçaqlarını itirəndən sonra “Atletiko” ilə tərəfdaşlığı dayandırmaq məcburiyyətində qalıb.

 

Əməkdaşlığa isə bundan zərər toxunmayıb. Əlaqələr qorunub. Təsadufi deyil ki, Çempionlar Liqasında «Qarabağ»la bir qrupda mübarizə aparan “Atletiko” rəsmiləri Bakıya səfəri zamanı onun qonağı olub və bir yerdə matçı izləyiblər.

 

SPORTİNFO.AZ

 

Tarix: 14 Fevral 19:36    Oxunub: 388    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.