Şirkət sahibi AFFA-dan xahiş etdi: "Komandam Premyer Liqada oynasın"

«Şüvəlan»ın prezidenti Zaur Axundov AFFA və Peşəkar Futbol Liqasına müraciət edib.

 

Sportinfo.az-ın məlumatına görə, «Silk Way»ın patronu komandasını növbəti mövsümdən Premyer Liqada görmək istədiyini bildirib.

 

O, lisenziyalaşdırma proqramının bütün şərtlərini yerinə yetirməyə hazır olduqlarını söyləyib.

 

Axundov ən vacib ünansa – maliyyə məsələsinə də aydınlıq gətirib. Deyib ki, «Şüvəlan»a 1 milyon manat ayırmağa gücü çatır.


İş adamı vədinin sübutu kimi artıq əl-qolunu çırmalayıb. I Divizionda ikinci yarıya hazırlaşan «karqoçular»ın büdcəsini ikiqat qaldırıb. Bundan əlavə, hər oyuna mükafat təyin edib, komandanın avtobusunu yeniləyib.

Tarix: 14 Fevral 19:00    Oxunub: 870    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.