"Dedim ki, bəlkə məni yoxlayasan?" - VİDEO

ANS telekanalının sabiq əməkdaşı Asif Bağırov özünü aktyorluqda sınamaq qərarına gəlib.

 

Sportinfo.az xəbər verir ki, o, 72-ci bölümdən etibarən Azərbaycanda ən çox izlənilən yerli seriallardan biri olan “Vicdan haqqı”nda yer alır.

 

ANS-də Çempionlar Liqasının matçlarındakı şərhçiliyi ilə daha çox tanınmış Bağırov serialda qeyri-qanuni sərhəddən insan daşınması işi ilə məşğul olan Məzahir rolunu canlandırır.

 

Sən demə, o həm də bu serialın ssenari müəlliflərindən biri imiş. Bağırov Oxu.Az-a açıqlamasında bu haqda danışıb:

 

“Serialın quruluşçu rejissoru, eyni zamanda, ssenaristlərindən biri olan Rövşən İsaxla bizim tanışlığımız hələ ANS-də işlədiyimiz vaxtlara təsadüf edir.

 

O, yayda mənə birlikdə işləmək təklif etdi. Mən də məmnuniyyətlə qəbul etdim. Artıq “Vicdan haqqı”nın III mövsümü gedir. Mən bu mövsümün əvvəlindən bu serialın ssenari müəlliflərindən biriyəm”.

 

Bəs müsahibimiz aktyorluğa necə başlayıb? “Məzahir rolu üçün bir aktyor axtarılırdı. Mən də Rövşən bəyə bildirdim ki, bəlkə məni yoxlayasan? O da dedi ki, niyə də olmasın?! Yoxlanıldım, xoşuna gəldi.

 

72-ci bölümdən etibarən aktyor kimi rol alıram. Bu cümə 75-ci bölüm efirə gedəcək. Serialda rolumun nə vaxta kimi davam etməsinə gəlincə, yəqin ki, bu, Kamilin xaricə aparılmasından sonra dayanar. Ancaq indidən hələ gələcək ssenari haqda heç nə demək olmaz”.

 

 

Asif Bağırov 2008-ci ildə ANS-dən ayrıldıqdan sonra yeni yaradılmış Peşəkar Futbol Liqasının ilk mətbuat xidmətinin rəhbəri olub. Bir il sonra o, “Bakı” klubunda eyni vəzifəni daşıyıb. 

Tarix: 14 Fevral 18:48    Oxunub: 304    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.