"Məndən tələb olunanı bilirəm, qol vurduqdan sonra “zəncir”i qırdım".

“Roma”nın türkiyəli futbolçusu Cengiz Ünder son vaxtlar sərgilədiyi oyunla diqqət mərkəzinə düşüb.

 

Sportinfo.az xəbər verir ki, 22 yaşlı futbolçu İtaliya mətbuatına açıqlamasında “Verona” ilə matçda qol vurduqdan sonra özünəinam hissinin artdığını deyib:

 

“Verona” ilə matçda qol vurduqdan sonra “zəncir”i qırdım. Düzünü deyim, bu qol məni çox rahatlatdı. Start heyətində daha çox oynadıqca, hər şeyin mənim üçün daha yaxşı olacağına inanıram.

 

“Roma”da istər baş məşqçimiz, istərsə də komanda yoldaşlarım həmişə mənə dəstək olublar. Məndən tələb olunanı bilirəm”.

 

A seriyasında “Verona” ilə matçda komandasına qələbə qazandıran yeganə qola imza atan Ünder “Benevento” ilə oyunda (5:2) “canavarlar”ın qələbəsinə 2 qol, 1 məhsuldar ötürmə ilə töhfə verib.

 

Cengiz Ünder “Roma”ya ötən il, 13,5 milyon avro qarşılığında “Başakşəhər”dən transfer edilib.

Tarix: 14 Fevral 18:36    Oxunub: 151    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.