"Hesabı 3:0 da edə bilərdik"

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri ÇL-in 1/8 final mərhələsində "Tottenhem"lə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra açıqlama verib.

 

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis "Tottenhem"in qol şanslarının olmadığını deyib:

 

"Yaxşı oyun oldu. Bəsit səhvlərə yol verdik. Buffonun möhtəşəm qurtarışı oldu. Həmin epizoddan başqa "Tottenhem"in şansı olmadı. Hesabı 3:0 da edə bilərdik.

 

Çətin olacağını gözləyirdik. Ancaq hesaba baxanda təəssüflənə bilərik. Çünki rəqibin 1 qol epizodu oldu. Hələ şansımızın olduğunu unutmayaq. 1/4 finala yüksəlmək üçün hər şeyə sahibik".

Tarix: 14 Fevral 17:36    Oxunub: 59    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.