"Qarabağ" və "Qəbələ" rəhbərliyini transfer bazarlığı etməməyə sürükləyən… NÜANSLAR

Qış fasiləsi başa çatdı və Premyer Liqada mübarizənin son hissəsi və yaxud 3-cü dövrəsi başlandı.

 

Qış fasiləsinə klublar böyük ovqatla yola düşüb, fərqli yanaşma tərzi ilə hazırlıq dövrünü başa vurdular.

 

Açığı, baş verən dəyişiklikləri nəzərə alsaq, klubların hazırlığını natamam adlandırmaq da olar. Əldə olunan məlumatlara əsasən, çox böyük gümanla, mübarizə yalnız qarşıdakı 3-4 tur ərzində müəyyən formasını ala bilər.

 

Bu mənada «Qarabağ»ın yola saldığı oyunçuların əvəzinə heç kimi transfer etməməsi, «Qəbələ»nin isə gedənləri yetərincə kompensasiya etməməsi maraq doğurur. 


Çünki son illərdə bu klubun transferlərə kütləvi yanaşmalarına öyrəncəli olmuşuq. Görünür, əsas vəzifəyə yaxınlıq komandanın rəhbərliyini daha praqmatik olmağa sövq edib.


Əlbəttə, turun və mövsümün ən əhəmiyyətli qarşıdurmasının növbəti dueli xüsusi diqqət mərkəzində idi.

 

Gözlənildiyi kimi, bu qarşılaşma qışdan sonra qəfil zərbə almaq istəyən iki komandanın ehtiyatlı oyunu şəraitində keçdi. Aşkar hiss olunurdu ki, hər iki tərəf meydanı məğlub olmadan tərk etməyi daha çox istəyir.

 

Belə də oldu. Hərçənd hələ də oyun quruculuğu sarıdan «Qəbələ»də böyük dəyişiklik hiss olunmur. Bu isə komandanın əsas izləyiciləri üçün daha bir şansdı.


Dino Ndlovunun gedişindən sonra «Qarabağ»ın oyun problemi isə ortadan önə doğru olacaq. Bu mənada komandanın transformasiya olunmağa başlamasını, gözlədiyimiz halda, hələlik məşqçi korpusu bu riskə getmir.

 

Çünki əsas vəzifə ikinci yerlə fərqi aradan qaldırmamaqdı. Bu fərq finiş xəttində çox lazım ola bilər. Üstəlik, iki əsas iddialının qarşıda daha bir tet-a-tet dueli də var.

 

O vaxta qədər rəqabət qiyabi şəkildə davam edəcək. Bir dəfə büdrəyən tərəf zərbə almağa yaxın olacaq və digər rəqibinə meydan verəcək. Buna görə də «Qarabağ»ın yanaşmasını anlamaq olur.

 

Lakin perspektiv və gələn ilin avrokubokları baxımından vaxt daralmağa başlayıb və klub rəhbərliyi ilə Qurban Qurbanov indidən bu qərarları verməlidi.


BATI YAR

Tarix: 14 Fevral 17:24    Oxunub: 414    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.