“Ölənədək onun yanındayıq”

Bu gün Çempionlar Liqasında “Real” – PSJ matçı baş tutacaq.

 

Sportinfo.az xəbər verir ki, qarşılaşmadan öncə madridlilərin müdafiəçisi Marselo açıqlama verib. 

 

Braziliyalı futbolçu matçın onlara əlavə motivasiya verdiyini bildirib: “Oyuna normal qaydada köklənmişik. PSJ ilə oyun bizə əlavə motivasiya verir. Hər kəs “Real”ın gücünü bilir.

 

Hər bir komanda Ronaldo və Neymar kimi futbolçuya sahib olmaq istəyir. Lakin “Real” və PSJ təkcə onlardan ibarət deyil. PSJ-də 3 möhtəşəm hücumçu var. Bir sözlə maraqlı qarşılaşma olacaq. Azarkeşləri “Santyaqo Bernabeu”da fantastik gecə gözləyir”.

 

“Sambaçı” Zinnədin Zidanın “Real”dakı durumundan da danışıb: “Zidan böyük məşqçidir. Ölənədək onun yanında olacağıq. Bizi matçlara əla hazırlayır. Bu oyuna da yaxşı kökləyib. Zidanla komandamız çox uğurlar əldə edib”.

Tarix: 14 Fevral 16:48    Oxunub: 143    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.